“Judo club 2012”nin cüdoçusu Avropa çempionatının gümüş medalına sahib çıxdı

2.jpg

       Noyabrın 1-3-də Rusiyanın İjevsk şəhərində 23 yaşınadək cüdoçular arasında Avropa birinciliyi keçirilib. 33 ölkədən 235 idmançının (135 kişi, 100 qadın) mübarizə apardığı mötəbər yarışda Azərbaycan millisi 9 cüdoçu ilə təmsil olunub. Komandamız İjevsk sınağını 1 qızıl və 1 gümüş medalla başa vurub. Qitə birinciliyində ölkəmizə gümüş medalı “Judo Club 2012”nin gənc yetirməsi Nurlan Osmanov qazandırıb. Yarışda 66 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Müvafiq olaraq, Belarus, Macarıstan, İsveçrə və İtaliya idmançılarına qalib gələn N.Osmanov  finala vəsiqə əldə edib. Klubun istedadlı yetirməsi həlledici qarşılaşmada yerli Rusiya idmançısı Murad Çopanovla üz-üzə gəlib. Cüdoçumuz gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə məğlub olaraq gümüş medala sahib çıxıb.

 

 

 

 

Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.

Link: http://www.ippon.org/ec_u23_2019.php

 

Oxunma sayı: 1254 2019-11-04 11:16:19