“Judo Club 2012”nin cüdoçusu Murad Fətiyev Napoli Universiadasının bayraqdarı olub

0.jpg

       İyulun 3-də İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib. Rəsmi açılış mərasimi “Napoli” futbol klubunun ev oyunlarını keçirdiyi “San Paolo” stadionunda təşkil olunub. Tədbirdə idmançılar, beynəlxalq federasiyaların rəhbərləri, Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) nümayəndələri iştirak ediblər.  

       Üç saata yaxın davam edən açılış mərasimində Azərbaycan komandasının bayraqdarı “Judo Club 2012”nin cüdoçusu Murad Fətiyev  olub.

       İyulun 14-dək davam edəcək yarışlarda idmanın 18 növü üzrə 220 dəst medal uğrunda mübarizə aparılacaq. Universiadada ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma yarışlarında ümumilikdə 22 idmançı təmsil edəcək.

       İyulun 4-dən 7-dək keçiriləcək universiadanın cüdo yarışlarında ölkəmiz  5 kişi və 1 qadın cüdoçu ilə mübarizə aparır. Komandamızın heyətində yer alan “Judo Club 2012”nin üzvü Murad Fətiyev (81 kq) mübarizəyə sabah başlayacaq.

 

 

Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.  

Link: http://www.ippon.org/uni2019.php

Oxunma sayı: 1013 2019-07-04 22:55:02