“Judo Club 2012”nin gənc cüdoçuları Bakı şəhər açıq birinciliyinin qalibi oldular

0.jpg

       İyunun 26-28-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşınadək (U23) gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib.
       27 klubdan 200 (175 oğlan, 25 qız) idmançının iştirak etdiyi yarışda “Judo Club 2012”nin gənc cüdoçuları da qüvvələrini sınayıblar. Birincilikdə 25 idmançı ilə təmsil olunan klubun yetirmələri 2 qızıl, 3 gümüş və 2 bürünc medala layiq görülüblər.
       Komandamıza qızıl medalları Kənan Quluzadə (-73 kq) və Aidə Baxışova (-70 kq) qazandırıb. Fərid Qəzənfərov (60 kq), Elvira Əsgərova (-52 k) və Nərmin Abdullayeva (70 kq) Bakı birinciliyinin gümüş medallarına sahib çıxıblar. Klubun digər üzvlərində Nihad Ələsgərli (-60 kq) və Əbdülcəlal Hüseynov (-73 kq) bürünc medallara layiq görülüblər.
       Beləliklə, Bakı şəhər açıq birinciliyini 7 medalla başa vuran “Judo Club 2012”nin yetirmələri ümumi komanda hesabında birinci yeri tutublar.

 

 

 

Yarış haqqında ətraflı məlumatı ippon.az saytından əldə edə bilərsiniz.  

Link: http://ippon.az/u23_nc_aze2019/tta_menue.php

Oxunma sayı: 1075 2019-06-30 17:34:46