İspaniyada növbəti parlaq qələbə 

0.jpg

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub. 25 ölkədən 488 cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Ölkəmizi beynəlxalq turnirdə 8 idmançı təmsil edib. Yarışda ölkəmizi təmsil edən idmançılar arasında “Judo Club 2012”nin yetirmələri də yer alıblar. Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər. Belə ki, yeniyetmə idmançılarımız yarışın sonuncu günündə 1 gümüş və 1 bürünc medala sahib çıxıblar. Komandamıza bürünc medalı “Judo Club 2012”nin yetirməsi Hüseyn Məmmədov qazandırıb. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə “Judo Club 2012”nin daha bir yetirməsi Nicat Məmmədli komandamıza qızıl medal qazandırmışdı.

Məlumat üçün qeyd edək ki, Azərbaycan cüdoçuları Fuengirola turnirini 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Oxunma sayı: 1069 2019-02-17 22:45:37