Türkiyənin Kocaeli şəhərində yeniyetmə cüdoçular arasında təşkil olunan beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurlu çıxışla yadda qalıblar. Müxtəlif ölkələrdən minə yaxın idmançının mübarizə apardığı yarışda ölkəmizi təmsil edənlər arasında “Judo Club 2012”nin üzvləri də yer alıb.
Klubun baş məşqçisi, dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı İlqar Müşkiyevin rəhbərliyi ilə yarışa yollanan klubun dörd üzvü turniri medalla başa vurub. Onlardan Ömər Atayev (-81 kq) və Enis İsayev (+55 kq) finala qədər irəliləyərək gümüş medala layiq görülüblər. Devid Mahmudov (-50 kq) və Hüseyn Səfərov (-81 kq) isə bürünc medal qazanaraq klubun medal kolleksiyasını zənginləşdiriblər.