Yanvarın 19-20-də Misirin Hurqada şəhərində cüdo üzrə yeniyetmələr arasında “Red to Med Clash Judo” beynəlxalq turniri keçirilib.
İki gün davam edən yarışda "Judo Club 2012"nin idmançıları da çıxış ediblər. Klubun məşqçisi Zaur Paşayevin rəhbərliyi altında turnirdə iştirak edən “Judo Club 2012”nin 4 üzvü mükafatçılar sırasında yer alıb. Klubun üzvlərindən Əli Məmmədli (-55 kq), Kamal Qurbanov (-42 kq), Amir Əliyev (-38 kq) və Hafis Nəsirov (-42 kq) bürünc medallara layiq görülüb.