“Judo Club 2012”nin üzvü beynəlxalq turnirin qalibi oldu

0.jpg

       İyunun 23-24-də Türkiyənin Tokat şəhərində cüdo üzrə beynəxalq turnir keçirilib. Türkiyə, İran, Gürcüstan və digər ölkələrin iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Beynəlxalq turnirdə iştirak edən cüdoçular arasında “Judo Club 2012”nin üzvü Emili Rzayeva da yer alıb.

       Yarışda 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medala layiq görülüb. Mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq, Türkiyə, İran və Gürcüstan idmançılarına qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Türkiyə idmançısını üstələyən klubun üzvü finala yüksəlib. Həlledici mərhələdə daha bir türkiyəli idmançı ilə qarşılaşan Emili Rzayeva rəqibinə qalib gələrək qızıl medala sahib çıxıb.   

Oxunma sayı: 1082 2019-06-27 13:10:51