"Judo Club 2012"nin yetirmələri respublika birinciliyini 6 medalla başa vurdular

0.jpg

       "Sərhədçi" İdman Olimpiya Mərkəzində yeniyetmə (2002-2004-cü illər təvəllüdlü) cüdoçular arasında respublika birinciliyi keçirilib. 80 klubu təmsil edən 612 cüdoçunun mübarizə apardığı yarışda  “Judo Club 2012”nin yetirmələri də qüvvələrini sınayıblar. Respublika birinciliyi "Judo Club 2012" idman klubu üçün uğurlu nəticələrlə yadda qalıb. Klubun yetirmələri turniri 3 qızıl və 3 bürünc medalla başa vurublar. Birinciliyin qızıl medalarını kluba Nicat Məmmədli (-55 kq),  Hüseyn Məmmədov (+100) və Zeynəb Məmmədova (-52 kq) qazandırıb. Məmmədrza Hacızadə (-55 kq), Məhəmməd Əhmədov  (-81kq) və  Aysu Rəhimova (-57 kq) isə bürünc medallara sahib çıxıblar. "Judo Club 2012" bu nəticələrlə komanda hesabında ikinci yeri tutub.

       Klubun direktoru, Əməkdar məşqçi Hafis Hacıyev bu barədə məlumat verərkən əldə olunmuş nailiyyəti klubun rəhbərliyinin məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsi kimi dəyərləndirib. Son yarışlarda "Judo Club 2012"nin idmançılarının fəallığı ilə seçildiyni qeyd edən Hafis Hacıyev bu qələbələrin davamlı olacağına inandığını bildirib. 

       Xatırladaq ki, “Judo Club 2012” 21 yaşınadək olan gənclər (U-21) arasında cüdo üzrə ənənəvi  “Raquf Orucov Kuboku” beynəlxalq komanda turnirinin təşkilatçısıdır. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və onun şəhid silahdaşlarının xatirəsinə həsr edilən turnir bu il üçüncü dəfə keçiriləcək. Turnirin hazırlıq işlərinə artıq başlanılıb.

Oxunma sayı: 1101 2019-01-09 18:26:42