“Judo Club 2012”nin yetirməsi Avropa kubokunun qalibi oldu

0.jpg

          İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku turnirinə start verilib. Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparır. Azərbaycanı beynəlxalq turnirdə 8 cüdoçu təmsil edir. Yarışda ölkəmizi təmsil edən idmançılar arasında “Judo Club 2012”nin idmançıları da yer alıblar. Azərbaycan cüdoçuları beynəlxalq yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar. Komandamıza qızıl medalı “Judo Club 2012”nin yetirməsi Nicat Məmmədli qazandırıb. 55 kq çəki dərəcəsində yarışan Nicat Məmmədli bütün rəqiblərinə qalib gələrək Avropa kubokunun qalibi olub.

 

 

 

Oxunma sayı: 1053 2019-02-16 21:44:30