Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirini 7 medalla başa vurdular

5.jpg

          Mayın 10-12-də Heydər Əliyev adına İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçirilib. Yarışda 57 ölkədən 431 (256 kişi, 175 qadın) cüdoçu mübarizə aparıb. Turnirdə ölkəmizi 28 kişi və 15 qadın cüdoçu təmsil edib. 
Azərbaycan millisi “Böyük dəbilqə” turnirini 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. Millimiz bu nəticə ilə ümumi komanda hesabında Yaponiya və Braziliyadan sonra üçüncü yeri tutub.
          Yarışda “Judo Club 2012” klubunun yetirmələri də qüvvələrini sınayıblar. Klubun təmsilçilərindən Murad Fətiyev 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İlk mərhələdən azad olan Murad növbəti görüşdə çexiyalı Yaromir Musili məğlub edib. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Tato Qrigalaşviliyə məğlub olaraq mübarizəni dayandırıb.
“Judo Club 2012”nin digər təmsilçisi Diana Şoranova (-63 kq) da 1/8 finalda mübarizəni dayandırmalı olub. O, ilk görüşdə qazaxıstanlı Akniyet Turdanı məğlub etsə də, 1/8 finalda polşalı Aqata Ozdoba-Blaka məğlub olub.
          “Böyük dəbilqə” turniri “Judo Club 2012” klubunun baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənovun tələbələri üçün də əlamətdar olub. Belə ki, qocaman mütəxəssisin yetirmələrindən Hidayət Heydərov (73 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) isə gümüş medala layiq görülüb.

 

Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.

https://live.ijf.org/gs_aze2019/overview

Oxunma sayı: 1404 2019-05-13 19:22:22