“Judo Club 2012” daha bir üzvü “Böyük dəbilqə”nin mükafatçıları sırasında yer aldı

6.jpg

 

     “Judo Club 2012”nin daha bir üzvü Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində medal qazanıb. Klubun ağır çəkili idmançısı Camal Qamzatxanov yarışın son günündə fəxri kürsünün ikinci pilləsinə qalxıb. + 100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Tacikistan, İtaliya, Braziliya, Niderland idmançılarına qalib gələn cüdoçumuz finalda Valeri Endovitski (Fərdi Neytral İdmançılar) ilə üz-üzə gəlib. Həlledici görüşdə məğlub olan idmançımız “Böyük Dəbilqə” turnirini gümüş medalla başa vurub. 
Qeyd edək ki, klubun digər üzvü Murad Fətiyev isə -90 kq çəki dərəcəsində “Böyük Dəbilqə” turnirinin qalibi adını qazanıb.

 

Oxunma sayı: 341 2024-02-19 17:36:54