“Judo Club 2012”nin üzvü Avropa çempionu oldu

6.jpg

 

     Cüdo üzrə Azərbaycan yığma komandası Fransanın Monpelye şəhərində keçirilən böyüklər arasında Avropa çempionatını iki qızıl medalla başa vurub. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançılar arasında “Judo Club 2012”nin üzvü Zelim Kotsoyevin də adı var. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Böyük Britaniya, Xorvatiya və İspaniya idmançılarına qalib gələn cüdoçumuz yarımfinalda Matvey Kanikovskini (Fərdi Neytral İdmançılar) üstələyib. Finalda gürcüstanlı İlia Sulamanidzeni də məğlub edən Zelim Kotsoyev Avropa çempionu tituluna sahib çıxaraq, Zəfər Günü ərəfəsində Fransada Azərbaycan himninin səslənməsinə müvəffəq olub.

Azərbaycan komandasının heyətində növbəti qızıl medala isə yarışların ikinci günündə Hidayət Heydərov sahib çıxıb. Beləliklə, Avropa çempionatını 2 qızıl medalla başa vuran yığmamız kişilər arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutub.

Qeyd edək ki, 46 ölkədən 386  (217 kişi, 169 qadın) idmançının mübarizə apardığı yarışda Azərbaycan komandası 11 (9 kişi, 2 qadın) idmançı ilə təmsil olunub.

Oxunma sayı: 401 2023-11-05 22:41:08