"Judo Club 2012"nin üzvü Zelim Kotsoyev dünya çempionu oldu

33.jpg

 

     "Judo Club 2012"nin üzvü Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatının fərdi yarışlarında komandamız növbəti qızıl medalı qazandırıb. 
-100 kq çəki dərəcəsində qüvvəsini sınayan Zelim müabrizəyə 1/16 final mərhələsindən başlayıb. Dünya reytinqində 5-ci olan idmançımız ardıcıl olaraq Koreya, İsrail, İspaniya və Portuqaliyadan olan rəqiblərini məğlub edərək finala vəsiqə əldə edib. Zelimin rəqibləri arasında Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat dünya çempionu portuqaliyalı Yorqe Fonseka və ikiqat dünya çempionu ispaniyalı Nikoloz Şerazadişvili də olub. Həlledici qarşılaşmada kanadalı Şadi Elnahasa qalib gələn Z.kotsoyev komandamıza qızıl medal qazandırıb. 

Zelim Kotsoyev dünya çempionatında qazandığı nəticə ilə Paris-2024 Yay Olimpiya Oyunlarına -100 kq çəki dərəcəsində reytinq cədvəlinin lideri olaraq yollanacaq. 

Qeyd edək ki, dünya çempionatının ikiqat bürünc (2022, 2023) medalçısı olan Zelim Kotsoyev, həmçinin 2023-cü ildə Fransada keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb.  

Komandamız bununla da cüdo üzrə dünya çempionatının fərdi yarışlarını 2 qızıl medalla başa vurub.
Xatırladaq ki, komandamızın üzvlərindən daha əvvəl Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı. 
Yığmamız bu nəticə ilə kişilərin mübarizəsində  Yaponiya və Gürcüstan komandalarından sonra üçüncü yeri tutub. Bu, Azərbaycan komandasının cüdo üzrə dünya çempionatları tarixində əldə etdiyi ən yaxşı nəticədir.

Oxunma sayı: 283 2024-05-23 20:17:32