Murad Fətiyev “Böyük dəbilqə” turnirində mübarizə aparacaq

0.jpg

 

       Fevralın 21-də Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. Nüfuzlu yarışda 117 ölkəni təmsil edən 676 (404 kişi, 272 qadın) idmançı mübarizə aparacaq. İlin ikinci “Böyük dəbilqə” turnirində Azərbaycan komandası böyük heyətlə - 17 (12 kişi, 5 qadın) cüdoçu ilə təmsil olunur. Komandamızın heyətində “Judo Club 2012”nin yetirməsi Murad Fətiyev də yer alıb.  -81 kq çəki dərəcəsində qüvvəsini sınayacaq idmançımız yarışın ikinci günündə tatami üzərinə çıxacaq. Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda cüdoçumuzun ilk rəqibi monteneqrolu idmançı Nebojsa Qardaşeviç olacaq.

“Böyük dəbilqə” turnirinə fevralın 23-də yekun vurulacaq.

Oxunma sayı: 1415 2020-02-21 09:24:19