Murad Fətiyev “Böyük Dəbilqə” turnirinin qalibi oldu

12.jpg

 

     “Judo Club 2012”nin üzvü Murad Fətiyev Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin qalibi olub. Yarışın sonuncu günündə -90 kq çəki dərəcəsində tatami üzərinə çıxan Murad Fətiyev mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Belçika, Gürcüstan, Niderland və Kuba cüdoçularına qalib gələn idmançımız adını finala yazdırıb. Həlledici görüşdə idmançımızın rəqibi macarıstanlı Toth Krisztian olub. Murad Fətiyev gərgin mübarizə şəraitində keçən və 8 dəqiqə davam edən görüşdə rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları “Böyük  Dəbilqə” turnirini 3 qızıl, 2 gümüş, 3 bürünc medalla başa vurublar. M.Fətiyevlə yanaşı, millimizin heyətində Hidayət Heydərov (-73 kq) və Zelim Tçkayev (-81 kq) qızıl, Ömər Rəcəbli (-81 kq), Camal Qamzatxanov (+100 kq) gümüş, Balabəy Ağayev (-60 kq), Yaşar Nəcəfov (-66 kq) və Vüqar Talıbov (-90 kq) bürünc medal qazanıb.

Komandamız bu nəticə medal qazanan ölkələr arasında birinci yeri tutub.

Oxunma sayı: 350 2024-02-18 20:45:15