Avropa kubokunda 2 medal

0.jpg

       Bakıda fəaliyyət göstərən tanınmış idman klublarından olan “Judo Club 2012”nin iki nümayəndəsi aprelin 8-də və 9-da Çex Respublikasının Teplitse şəhərində 18 yaşınadək olan idmançılar arasında (U-18) keçirilən cüdo üzrə növbəti Avropa kuboku yarışlarından vətənə medalla qayıdıb. 

       Tatami üzərinə +90 kq çəki dərəcəsində çıxan Məhəmməd Abdulllayev bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb, +55 kq çəkidə yarışan Ayxan Tanrıverdiyev isə yalnız finalda uduzaraq gümüş medala sahib olub. Azərbaycan Cüdo Federasiyasının yaydığı məlumata görə, milli komandamızı yarışda 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) təmsil edib. Ümumilikdə 31 ölkədən 678 (422 oğlan, 256 qız) idmançının mübarizə apardığı bu nüfuzlu beynəlxalq yarışda cüdoçularımız 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutublar.

 

 

 

 

 

Xəbərə aid digər linklər:

Mənbə: http://www.moderator.az/news/175003.html

Oxunma sayı: 1035 2017-04-12 13:39:36