“Judo Club 2012”nin üzvü qarışıq döyüş növü üzrə Avropa çempionu olub

0.jpg

          “Judo Club 2012” idman klubunun üzvü Cavid Mahmudlu Ukraynanın Xarkov şəhərində qarışıq döyüş növü üzrə Avropa birinciliyində qalib gələrək çempion adını qazanıb. AZƏRTAC xəbər verir ki, yarım orta çəki dərəcəsində mübarizə aparan həmvətənimiz səkkizkünclü rinqi qələbə ilə tərk edib.

         C.Mahmudlu bu versiya üzrə yarışlarda iştirak etməyə yeni başlayıb. O, bundan əvvəl Ukraynanın Lutsk şəhərində keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirdə iştirak edib.

 

Mənbə: http://azertag.az/xeber/Judo_Club_2012nin_uzvu_qarisiq_doyus_novu_uzre_Avropa_chempionu_olub-1056042

 

Oxunma sayı: 1064 2017-04-25 01:39:26