Veteran cüdoçularımız Avropa çempionatında uğurla çıxış ediblər

10.jpg

      İyulun 25-dən 28-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilib. 35 ölkədən 778 (654 kişi, 124 qadın) idmançının mübarizə apardığı yarışda Azərbaycanın veteran cüdoçuları da qüvvələrinin sınayıblar. Komandamız çempionatda 16 idmançı ilə təmsil olunub. Qran-Kanariya sınağında uğurla çıxış edən “Judo Club 2012”nin usta cüdoçuları fərdi yarışlarda üç qızıl, iki gümüş və iki bürünc medala sahib çıxıblar. Usta cüdoçularımızdan Mübariz Cəfərov (M4, 81 kq), Fərhad Rəcəbli (M7, 90 kq) və Elxan Rəcəbli (M2, -100 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüblər.

       Yarışlarda gümüş medalları komandamızın aktivinə Müşfiq Cəfərov (M5, 66 kq) və Yamən Fətiyev (M5, 100 kq) yazdırıblar. Bürünc medalları isə Babək Hacıyev (M3, 60 kq), Məmməd Məmmədov (M1, 81 kq) qazanıblar.

       Veteran idmançılarımız çempionatın son günündə komanda yarışlarında güclərini sınayıblar.  Usta cüdoçularımız çıxış etdikləri qrupda (50-64 yaş) qitə çempionatının bürünc medallarınıa sahib çıxıblar.

       Qeyd edək ki, veteran cüdoçularımızın yarışda iştirakı Azərbaycan Cüdo Veteranları Assosiasiyası tərəfindən təmin olunub.

 

Xəbərə aid digər linklər: 

Mənbə: https://525.az/site/?name=xeber&news_id=124501

Mənbə: http://hafta.az/veteran-cudocularimiz-Ispaniyada-ugur-qazanib-1714-xeber.html

Mənbə: http://www.olimpiyadunyasi.com/w1863.html

Mənbə: http://www.olimpnews.az/13038/get+Veteran+c%C3%BCdo%C3%A7ular%C4%B1m%C4%B1z+Avropa+%C3%A7empionat%C4%B1nda+u%C4%9Furla+%C3%A7%C4%B1x%C4%B1%C5%9F+edibl%C9%99r#.XULEL9SLRkg

Mənbə: http://azsport.az/news.php?id=40000

Mənbə: http://koordinat.az/meqale.php?id=18032&fbclid=IwAR22gnJNbf2ARIYJA38XM0sejPqlOtLlHFUxjT0ujbzXq4L97In4g2Eib3g

Mənbə: http://www.moderator.az/news/281526.html?fbclid=IwAR2XD7w963C_q984u1zjHVZFnbaS_KviutkIwDS6PM1SqNk38nYhzjogmqM

Mənbə: https://azertag.az/xeber/Veteran_cudochularimiz_Avropa_chempionatinda_7_medal_qazaniblar-1311741

Mənbə: http://judo.az/xeberler/808-veteran-cudocularmzdan-avropa-cempionatnda-7-medal.html

Mənbə: http://manevr.az/idman/54282-veteran-cudocularmz-spaniyada-uur-qazanb.html?fbclid=IwAR1KmXjJlVEjkm1jRLa0WjdLwZdQ06O21o0d4bval2AATTBLUvZfAvOQrG4

 

Oxunma sayı: 1074 2019-07-30 16:28:16