Ceyhun Eyyubov 1986-cı ildə Bakı şəhərində anadan olub.
2004-cü ildə 48 saylı tam orta məktəbi bitirib.
2005-2009-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (indiki Azərbaycan İdman Akademiyası), 2011-2015-ci illərdə isə Rusiyanın paytaxtı Moskvada Sovremennaya Qumanitarnaya Akademiyanın hüquq fakültəsində təhsil alıb.
1998-ci ildə Bakı şəhərində yerləşən “Atilla” İdman Klubunda cüdo üzrə məşqlərə başlayıb.
2007-ci ildə İdman ustası normasını yerinə yetirib. İki dəfə Azərbaycan çempionu olub.
2008-ci ildə gənclər arasında Avropa çempionatının gümüş medalına layiq görülüb.
2010-cu ildə Orenburq və İstanbul şəhərlərində keçirilən Avropa kuboklarında gümüş medal qazanıb.
2024-cü ildən etibarən “Judo Club 2012” klubunda cüdo bölməsi üzrə məşqçi kimi fəaliyyət göstərir.