İlqar Müşkiyev (Cüdo bölməsi üzrə baş məşqçi)

0.jpg


     İlqar Müşkiyev 1990-cı il oktyabrın 5-də Gəncə şəhərində anadan olub. 2007-ci ildə 277 saylı idman təmayüllü məktəbi bitirib. 
2010-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (indiki Azərbaycan İdman Akademiyası), 2017-2021-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəetmə Akademiyasında ali təhsil alıb. 
2021-2023-cü illərdə Azərbaycan Cüdo Federasiyası Akademiyasını bitirib. 
2000-ci ildə Rusiyanın Samara vilayətinin Tollyatti şəhərində cüdo bölməsi üzrə məşqlərə başlayıb. 2002-ci ildə Bakı şəhərinə köçərək, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tərlan Həsənovun rəhbərliyi altında məşqlərini davam etdirib. 
İlqar Müşkiyev 2007, 2009, 2010-cu illərdə kişilər arasında Azərbaycan çempionatının qalibi olub.
2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilən gənclər arasında Avropa çempionatının və həmin ildə Fransanın paytaxtı Parisdə təşkil olunan dünya çempionatının gümüş mükafatını qazanıb.  
2010-cu ildə U-23 gənclər arasında Avropa çempionatında, 2011-ci ildə isə Parisdə kişilər arasında keçirilən dünya çempionatında bürünc medala sahib çıxıb. 
2009-2011-ci illərdə Təhsil sistemi üzrə iki dəfə “İlin idmançısı”, 2011-ci ildə isə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idmançısı” seçilib. 
İlqar Müşkiyev 2011-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən mənzillə təltif edilib. 
2012-ci ildə London Yay Olimpiya Oyunlarını iştirakçısı olub.
2014-cü ildə Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 
İlqar Müşkiyev bundan başqa müxtəlif illərdə iki dəfə Dünya Kubokunun, iki dəfə isə Qran-Pri yarışının, beş dəfə isə Avropa Kubokunun qalibi və dəfələrlə mükafatçısı olub. 
Əməkdar idman ustası olan İlqar Müşkiyev peşəkar idman karyerasını başa vurduqdan sonra 2020-2024-cü illərdə “Sərhədçi” İdman Mərkəzində cüdo məşqçisi kimi fəaliyyət göstərib.
2024-cü ildən "Judo Club 2012"nin cüdo bölməsi üzrə baş məşqçi kimi çalışır. 

Oxunma sayı: 92 2024-08-29 00:25:03