Kifayət Qasımova 1983-cü il fevralın 1-də Kəlbəcər rayonunun Qasımbinəsi kəndində anadan olub.
2006-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını (indiki Azərbaycan İdman Akademiyası) bitirib.
1995-ci ildən cüdo idman növü ilə məşğul olmağa başlayıb.
1999-cu ildə Romada gənclər arasında, 2004-cü ildə isə Lyublyanada U-23 gənclər arasında Avropa çempionu adını qazanıb.
O, həmçinin gənclər arasında Avropa çempionatının gümüş (1998, Buxarest) və bürünc (1999, Rotterdam) medalına sahib çıxıb.
2000-ci ildə Nabeulda gənclər arasında dünya çempionatının bürünc, 2005-ci ildə U-23 gənclər arasında (Kiyev) Avropa çempionatının bürünc medalçısı olub.
Kifayət Qasımova bundan başqa böyüklər arasında Avropa çempionatında gümüş (2006, Tampere) və bürünc (2007, Belqrad), (2008, Lissabon) medal qazanıb.
2009-cu ildə isə Rotterdamda böyüklər arasında bürünc medala sahib çıxıb.
“Böyük Dəbilqə” turnirinin üçqat bürünc mükafatçısıdır (2010, 2013, 2014).
2011-ci və 2012-ci illərdə Bakıda keçirilən Qran-Pri yarışında qızıl, 2014-cü ildə (Kiyev) isə bürünc bürünc medala yiyələnib.
İkiqat Olimpiya iştirakçısı (Pekin-2008, London-2012) olan Kifayət Qasımova həmçinin, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının həm fərdi, həm də komanda yarışlarının gümüş mükafatçısıdır.
2006-cı ildən Azərbaycan Respublikasını DGK kadırlar şöbəsində inspektor vəzifəsində çalışır və hazırda kapitan rütbəsini daşıyır.
2024-cü ildən “Judo Club 2012”də cüdo üzrə qadınlardan ibarət komandanın baş məşqçisi kimi çalışır.