Nərgiz Cəlilova (Bədii gimnastika bölməsi üzrə məşqçi)

0.jpg

Nərgiz Cəlilova 1978-ci ildə Bakı şəhərində anadan olub.
1995-2000-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (AzDBTİA) təhsil alıb.
2000-2002-ci illərdə AzDBTİA-nın magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.  
1987-ci ilə bədii gimnastika idman növü ilə məşğul olmağa başlayıb.
1994-cü ildə Azərbaycanın idman ustası normasını yerinə yetirib.
1996-cı ildə Respublika Həmkarlar İttifaqının nəzdnində yerləşən bədii gimnastika bölməsində məşqçiliyə başlayıb.
Müxtəlif illərdə Bakı Şəhər İxtisaslaşdırılmış Gimnastika Məktəbində və “Neftçi İdman Klubu” İctimai Birliyinin bədii gimnastika bölməsində məşqçi vəzifəsidə çalışıb.
2016-cı ildən “Judo Club 2012”nin bədii gimnastika bölməsində məşqçi kimi fəaliyyət göstərir.  

Oxunma sayı: 117 2019-02-16 19:19:57