Çingiz Məmmədrəsul oğlu Şəfiyev

0.JPG

Vəzifə: “Judo Club 2012”nin direktoru: 

     Çingiz Məmmədrəsul oğlu Şəfiyev 24 aprel 1968-ci ildə Bakı şəhərində anadan olub.
1975-85-ci illərdə Badamdar qəsəbəsində yerləşən 239 saylı tam orta məktəbdə təhsil alıb.

1986-90-cı illərdə Uzaq Şərq Ali Hərbi Komadanlıq Məktəbini bitirib.

1990-92-ci illərdə Sovet Ordusunda xidmət edib.

1998-2000-ci illərdə Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlar Hərb Akademiyasını bitirib.

1992-2014-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib, ehtiyatda olan zabitdir.

Çingiz Şəfiyev 2006-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı, 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2017-2022-cü illərdə “Azman holdinq” şirkətində nəzarətçi, məsləhətçi vəzifələrində çalışıb.

2024-cü ildə “Judo Club 2012” idman klubunun direktoru vəzifəsinə təyin olunub.

Oxunma sayı: 2408 2021-01-05 12:53:00