«Judo Club 2012»nin samboçusu Avropa birinciliyinin bürünc medalına sahib oldu

1.jpg

          Aprelin 12-də Kiprin Limassol şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyi start götürüb. Yarışda ölkəmizi 12 idmançı təmsil edir. Komandamız yeniyetmələr arasında 8, gənclərin yarışında isə 4 idmançı ilə mübarizə aparır. Yığma komandamızın heyətində «Judo Club 2012»nin gənc samboçusu Vilayət Bayramov (62 kq) da yer alıb. Klubun yetirməsi qitə birinciliyinin ilk günündə ölkəmizə bürünc medal qazandırıb. Gənclər arasında yarışda 62 kq çəki dərəcəsində çıxış edən Vilayət Bayramov ilk görüşdə Fransa təmsilçisi üzərində qələbə qazanıb. Növbəti mərhələdə ukraynalı idmançıya məğlub olan samboçumuz bürünc medal uğrunda təsəlliverici görüşlərdə qüvvəsini sınayıb. Samboçumuz ilk təsəlliverici görüşdə bolqarıstanlı idmançıya tam üstünlüklə qalib gəlib. Üçüncü yer uğrunda həlledici görüşdə isə Belarus idmançısı üzərində qələbə qazanan Vilayət Bayramov gənclər arasında Avropa birinciliyinin bürünc medalına layiq görülüb.

          Qeyd edək ki, sambo üzrə Avropa birinciliyinə aprelin 15-də yekun vurulacaq.

 

 

 

 

Oxunma sayı: 60 2019-04-12 15:54:42