17 yaşlı idmançımız Vətənə medalla döndü - “Judo Club 2012”

0.jpg

       Çex Respublikasının paytaxtı Praqada aprelin 18-dən 21-dək keçirilən sambo üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliyində Bakının tanınmış idman klublarından olan “Judo Club 2012”nin də yetirməsi iştirak edib. 
       Milli komandanın tərkibində yarışa yollanmış yeniyetmə samboçu Abdulla Abdullayev Vətənə medalla qayıdıb. O, öz yaş kateqoriyasında 65 kq çəki dərəcəsində çıxış edib və üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. 
       Qeyd edək ki, yeniyetmələrin yarışında Avropa birinciliyində Azərbaycanın daha üç samboçusu fərqlənib: 56 kq-da Rəşad Dünyamalıyev qızıl, 60 kq-da Yaşar Nəcəfov və 70 kq-da Teymur Allahverdiyev bürünc medal qazanıblar. 
       Gənclərdən ibarət millimiz isə cəmi bir medalla kifayətlənib: 62 kq-da xalça üzərinə çıxan Elmin Hüseynov bürünc medalın sahibi olub.

Oxunma sayı: 1511 2017-04-25 01:53:48