Burada gördüyüm mənzərə məni valeh etdi. Belə müasir üslubda tikilmiş və yüksək şəraitə malik olan klub nadir hallardadır. İdmançılarınız belə bir zalda məşq etdikləri üçün çox şanslıdırlar. Bu sözləri, jurnalistlərə açıqlamasında III «Raquf Orucov Kuboku» turnirində ədaləti qoruyan qazaxıstanlı hakim Arkat Telmanov deyib.
«İlk dəfədir ki, bu yarışda iştirak edirəm. Belə bir qəhrəmanın xatirəsinə həsr olunan yarışda hakimlik etmək, ədaləti qorumaq mənim üçün böyük şərəfdir. Turnirin təşkilatçılığı həqiqətən də yüksək səviyyədədir. Burada çox mehribanlıqla qarşılandıq. Bizə belə bir diqqət və qayğı göstərdiyinə görə «Judo Club 2012» rəhbərliyinə minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edib klubun zallarını gəzdim, buradakı avadanlıqlarla tanış oldum. Düzünü desəm, burada gördüyüm mənzərə məni valeh etdi. Belə müasir üslubda tikilmiş və yüksək şəraitə malik olan klub nadir hallardadır. İdmançılarınız belə bir zalda məşq etdikləri üçün çox şanslıdırlar», - deyə qazaxıstanlı hakim bildirib.
Xəbərə aid digər linklər: