Gənc idmançılar belə turnirlərin sayəsində öz ustalıq səviyyələrini artırır, dostuq əlaqələrini möhkəmləndirirlər. Bunun üçün də belə yarışların təşkil olunması gənclər üçün çox əhəmiyyətlidir. Bu sözləri Qazaxıstanın «Jasbatır» komandasının baş məşqçisi Sergey Volobuyev deyib.
«Azərbaycanda bir neçə dəfə beynəlxalq yarışlarda olmuşuq. Lakin «Judo Club 2012»nin təşəbbüsü ilə keçirilən bu turnirdə ilk dəfədir ki, iştirak edirik. Mənə Raquf Orucovun qəhrəmanlığı barəsində məlumat verilib. Raquf Orucov Azərbaycan torpağının azadlığı uğrunda qəhrəmancasına öz canından keçib. Yarış təşkilatçılarına minnətdarlığımı bildirirəm ki, belə bir qəhrəmanın xatirəsinə turnir keçirərək onu bizə daha yaxından tanıdırlar. Bu, gənclər üçün xüsusilə böyük önəm daşıyır. Yarışda iştirak edən gənc idmançılar onun haqqında məlumatlı olacaq ki, bu da onlarda əsl qəhrəmanlığın, mübarizliyin və qorxmazlığın necə olması barədə təəssürat yaradacaq. Onu da qeyd edim ki, Qazaxıstanı bu yarışda «Jasbatır» komandası təmsil edir. Yarışda iştirak etmək üçün bir ay bundan əvvəl dəvət almışıq. Bu dəvətdən sonra komandanı seçməyə başladım. Bildiyiniz kimi, şəxsi və komanda yarışları çox fərqlidir. Burada qalib olmaq çətindir. Lakin komanda yarışları çətin olduğu qədər də çox maraqlıdır. Gənc idmançılar belə turnirlərin sayəsində öz ustalıq səviyyələrini artırır, dostuq əlaqələrini möhkəmləndirirlər. Bunun üçün də belə yarışların təşkil olunması gənclər üçün çox əhəmiyyətlidir», - deyə qazaxıstanlı məşqçi bildirib.
Xəbərə aid digər linklər:
Mənbə: http://www.olimpiyadunyasi.com/w859.html
Mənbə: http://azsport.az/news.php?id=38744