Azər Əsgərov Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü seçilib

0.png

          Bu gün Bakı Olimpiya Stadionunun konfrans salonunda Azərbaycan Cüdo Federasiyasının hesabat konfransı keçirilib.
Federasiyanın Baş katibi Elmar Babanlı Azərbaycan cüdosunun 2017-ci ildəki nailiyyətləri haqqında danışıb.
Maliyyə hesabatı dinlənildikdən sonra, konfrans iştirakçıları Azər Əsgərovun Azərbaycan Cüdo Federasiyasının  İcraiyyə Komitəsinə üzv seçilməsinin lehinə səs veriblər. 

          Konfransı yekunlaşdıran federasiya prezidenti Rövnəq Abdullayev deyib: “Gördüyümüz kimi, böyük işlər həyata keçirilib.  Bu işlərə görə hamıya təşəkkür edirəm. Bunlar  - aysberqin görünməyən tərəfləridir. Məşqçilərimizin və əməkdaşlarımızın səyi nəticəsində idmançılarımız medallar qazanırlar. Qarşıda bizi daha böyük işlər gözləyir. Bakıda dünya çempionatının keçirilməsi bu ilki yarışların zirvəsi olacaq. Yarışlar zamanı komandaların yaxşı çıxış etməsi üçün zalın tamaşaçılarla dolu olması lazımdır. Biz ilk dəfədir ki, böyüklər arasında cüdo üzrə dünya çempionatını təşkil edirik və onu ən yüksək səviyyədə keçirməliyik”.

Oxunma sayı: 1060 2018-03-15 21:08:19