Bakı birinciliyi: bu dəfə yeniyetmə cüdoçularımız fəxri kürsüdə

7.jpg

 

     Noyabrın 7-9-da Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib. 
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda 66 müxtəlif klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 800-ə yaxın cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində keçirilən yarışda "Judo Club 2012"nin 4 yetirməsi mükafatçılar sırasında yer alıb. Klubun üzvlərindən Nihad Əhmədov (-81 kq) birinci yerə layiq görülüb. -70 kq çəki dərəcəsində qüvvəsini sınayan Zenfira Əliyeva isə yalnız finalda məğlub olaraq gümüş medala sahib olub. Aytac Yolçuyeva (-44 kq) və Ceyhun Dadaşov (+90 kq) isə birinciliyi bürünc medalla başa vurublar. 
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun təbliğinə nail olmaqdan ibarətdir. Turnir müvafiq yaş qrupu üzrə gələn il təşkil olunacaq Azərbaycan birinciliyinə seçim xarakteri daşıyıb.

Oxunma sayı: 281 2023-11-09 20:10:12