Belçika sınağı “Judo Club 2012”nin cüdoçuları üçün 2 medalla yadda qaldı

4.jpg

 

     Həftəsonu Belçika açıq cüdo turnirində mübarizə aparan yığma komandamız 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb. Yanvarın 25-26-da Belçikanın Vise şəhərində təşkil olunan beynəlxalq turnirdə “Judo Club 2012”nin cüdoçuları da mükafatçılar sırasında yer alıblar. Klubun üzvlərindən İbrahim Əliyev (-73 kq) və Məhərrəm İmamverdiyev (-81 kq) bürünc medal qazanaraq yığma komandamızın uğurunda pay sahibi olublar.

Qeyd edək ki, yığmamıza qızıl medalları Murad Muradlı (-60 kq), Elşən Əsədov (-66 kq), gümüş medalları isə Qadir Hüseynov (-73 kq) və İmran Yusifov (+100 kq) qazandırıb. 24 ölkədən 800-dən çox cüdoçunun mübarizə apardığı beynəlxalq turnirdə millimiz ümumi komanda hesabında ikinci yeri tutub.

 

 

Oxunma sayı: 121 2025-01-27 14:35:48