Fevralın 27-də cüdo üzrə 15 yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə start verilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışın ilk günündə "Judo Club 2012"nin üzvü Davud Bayramov mükafatçılar sırasında yer alıb. -66 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, ölkə birinciliyində paytaxt və bölgələri təmsil edən 101 komandanın heyətində 572 (444 oğlan, 128 qız) cüdoçu mübarizə aparır. Birinciliyin fərdi yarışlarına martın 1-də yekun vurulacaq. Növbəti gün isə cüdoçular komanda yarışlarında mübarizə aparacaqlar.