Bu gün Olimpiya çempionumuzun doğum günüdür

6.jpg

 

     Bu gün "Judo Club 2012"nin üzvü, Olimpiya, dünya və Avropa çempionumuz Zelim Kotsoyevin doğum günüdür.
1998-ci il avqustun 9-da Şimali Osetiyada anadan olan Zelim 2015-ci ildə cüdo üzrə Azərbaycan yığmasının heyətinə cəlb edilib. Yeniyetmə və gənclər arasında uğurlu çıxışı ilə diqqət mərkəzində olan cüdoçu böyüklərin mübarizəsində də parlaq qələbələri ilə fərqlənməyi bacarıb. Müxtəlif illərdə "Masters", "Böyük Dəbilqə" və Qran-Pri yarışlarının qalib və mükafatçısı olan Zelim Kotsoyev Avropa (2018, 2020, 2021) və dünya çempionatının (2022, 2023) bürünc medalını qazanıb. 
Titullu idmançı ötən il Monpelyede keçirilən Avropa, bu il isə Abu-Dabidə təşkil olunan dünya çempionatında qızıl medala layiq görülüb. Cüdoçumuz avqustun 1-də Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqla himnimizi səsləndirib. 
"Judo Club 2012"nin kollektivi Zelim Kotsoyevi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və gələcək karyerasında uğurlar arzulayır. 

Oxunma sayı: 376 2024-08-09 16:16:02