“Judo Club 2012”nin üzvü Avropa birinciliyinin qalibləri sırasında yer alıb

7.jpg

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyinin qarışıq komanda yarışlarında cüdoçularımız qızıl medal qazanıb. Bu, Avropa birinciliklərinin komanda yarışlarında qazandığımız ilk qızıl medal kimi də tarixə düşüb. 16 ölkənin ən güclü idmançılarla təmsil olunduğu yarışda Niderland, Almaniya və İtaliya kimi güclü komandaları mübarizdən kənarlaşdıran yığmamız həlledici görüşdə Fransa millisinə də qalib gəlib.
Qalib komandamızın heyətində medalçılar arasında “Judo Club 2012”nin təmsilçisi Aytac Yolçuzadə də yer alıb. Klubun üzvü öz çıxışı ilə komandamızın uğurunda pay sahibi olub.  

Qeyd edək ki, cüdo millimiz fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal qazanıb və medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Oxunma sayı: 365 2023-07-03 12:03:37