Doğum gününüz mübarək!

4.jpg

     Bu gün Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Zəlimxan oğlu Əsgərovun doğum günüdür.  

O, yeniyetmə yaşlarından yerli və beynəlxalq idman yarışlarında iştirak edib, mükafatalayiq yerlər tutub. Azərbaycanın cüdo üzrə yığma komandasının üzvü olub. 

Azərbaycanda cüdonun inkişafı üçün əlindən gələni əsirgəməyən, veteran idmançılara hərtərəfli şərait yaradılmasına və yeni cüdoçular nəslinin yetişdirilməsinə hər zaman dəstək olan Azər Əsgərov ölkəmizdə bu idman növünün inkişafına töhfə vermək məqsədilə 2012-ci ildə “Judo Club 2012” idman klubunu yaradıb. 

Azər Əsgərov ölkəmizdə cüdonun inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Cüdo Federasiyası tərəfindən “Azərbaycan cüdosu – 50” yubiley medalı ilə təltif olunub.

“Judo Club 2012”nin kollektivi Azər Əsgərovu doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, uzun ömür və uğurlu fəaliyyətində daha böyük zəfərlər arzulayır.

 

Oxunma sayı: 638 2023-05-29 21:47:34