Doğum gününüz mübarək!

4.jpg

 

     Bu gün Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Zəlimxan oğlu Əsgərovun doğum günüdür.   

Cüdo üzrə Azərbaycan yığma komandasının üzvü olan Azər Əsgərov yeniyetmə yaşlarından yerli və beynəlxalq yarışlarda iştirak edib, mükafatalayiq yerlər tutub.

O, həmçinin usta cüdoçular arasında keçirilən dünya və Avropa çempionatlarında da ölkəmizi təmsil edib, dəfələrlə bu yarışların qalib və mükafatçısı olub. 

Azərbaycanda cüdonun inkişafı üçün əlindən gələni əsirgəməyən, veteran idmançılara hərtərəfli şərait yaradılmasına və yeni cüdoçular nəslinin yetişməsinə hər zaman dəstək olan Azər Əsgərov ölkəmizdə bu idman növünün inkişafına töhfə vermək məqsədilə 2012-ci ildə “Judo Club 2012” idman klubunu yaradıb. 

Azər Əsgərov ölkəmizdə cüdonun inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycan Cüdo Federasiyası tərəfindən “Azərbaycan cüdosu – 50” yubiley medalı ilə təltif olunub.

“Judo Club 2012”nin kollektivi Azər Əsgərovu doğum günü münasibəti ilə təbrik edir, ona cansağlığı, uzun ömür və gələcək fəaliyyətində daha böyük zəfərlər arzulayır.

Oxunma sayı: 213 2024-05-29 16:16:03