Doğum gününüz mübarək!

0.jpg

 

     Bu gün "Judo Club 2012"nin cüdo bölməsi üzrə məşqçisi İlham Cəfərovun doğum günüdür. 
İlham Cəfərov 1962-ci il iyulun 10-da Beyləqan rayonunda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan İdman Akademiyası) bitirib.1986-1990-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında təhsil alıb. 1977-ci ildən “Dinamo” İdman Cəmiyyətində cüdo idman növü ilə məşğul olmağa başlayıb. Cüdo və sambo üzrə SSRİ idman ustasıdır. 3 dəfə sambo, 11 dəfə cüdo üzrə respublika çempionatının qalibi, həmçinin cüdo üzrə SSRİ Spartakiadasının bürünc mükafatçısıdır. Müxtəlif illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində və Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2017-ci ildən “Judo Club 2012”nin cüdo bölməsində məşqçi vəzifəsində çalışır.
“Judo Club 2012”nin kollektivi İlham Cəfərovu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür və cansağlığı arzulayır.  

Oxunma sayı: 366 2024-07-10 14:46:34