“Judo Club 2012’’ fəaliyyətini bərpa edib

0.jpg

 

Azərbaycanda cüdo idman növünün inkişafına sanballı töhfələr verən, yetirmələri yerli və mötəbər beynəlxalq turnirlərdə uğurlar qazanan, milli komandalara cəlb edilən “Judo Club 2012’’ iki illik fasilədən sonra fəaliyyətini bərpa edib.
Klubun fəaliyyəti yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar respublikamızda tətbiq edilən karantin rejiminin tələblərinə əsasən dayandırılmışdı.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu il oktyabrın 1-dən karantin qaydalarının yuşaldılması nəticəsində “Judo Club 2012’’ də öz fəaliyyətini davam etdirmək imkanı qazanıb.
Klub yeni fəaliyyət dönəminə yeni rəhbərlik, yeni ruh və planlarla başlayır.
Ölkəmizin idman şərəfini yüksəltmək, ən başlıcası, sağlam həyat tərzi keçirmək, fiziki cəhətdən möhkəmlənmək istəyən uşaqlar, yeniyetmələr və gənclər klubun ayrı-ayrı idman bölmələrinə yazıla, məşqlərdə iştirak edə bilərlər.
Klubun yeni rəhbərliyi və məqçilər heyəti ötən illər ərzində yaranan ənənələri daha da zənginləşdimək, öz yetirmələri ilə birlikdə ölkəmizin idman uğurlarına yeni uğurlar qatmaq əzmindədir.
“Judo Club 2012’’ sizi sağlam həyat tərzinə dəvət edir!
 

Oxunma sayı: 310 2022-04-14 20:27:57