"Judo Club 2012"dən növbəti uğur

3.jpg

 

"Judo Club 2012" klubu builki uğur estafetini davam etdirir. 
Klubun üvləri növbəti nailiyyətini Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyində qazanıb. 
Yarışın son günündə təşkil olunan oğlanlar arasında komanda yarışlarında “Judo Club 2012”nin idmançıları bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, yarışların ilk günündə "Judo Club 2012"nin iki üzvü - Emin Şirinov (-90 kq) və Vidad Əliyev (-100 kq) fərdi yarışlarda bürünc medal qazanmışdılar.

Oxunma sayı: 88 2025-12-14 23:20:10