"Judo Club 2012"nin cüdoçuları fəxri kürsüdə

4.jpg

 

     Paytaxtın ən müasir idman klublarından biri olan "Judo Club 2012" builki uğur estafetini layiqincə davam etdirir. Klubun idman  uğurlarına bu gün daha üç medal əlavə olunub. 
Belə ki, noyabrın 1-də U-18 yeniyetmə qızlar arasında keçirilən cüdo üzrə ACF Kubokunun ikinci turunda "Judo Club 2012"nin idmançıları 2 gümüş və 1 bürünc medal qazanıblar. Klubun üzlərindən Nərmin Xəlilzadə (-52 kq) və Aysu Quliyeva (+70 kq) gümüş, Mətanət Məmmədova (-70 kq) isə bürünc medala sahib çıxıb. 
Qeyd edək ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində keçirilən turnirdə 8 çəki dərəcəsində 48 klub, cəmiyyət və idman təşkilatından olan 176 cüdoçu qüvvəsini sınayıb. 
Yarışların nəticəsinə əsasən formalaşacaq reytinq siyahısında ilk yerləri tutan idmançılar yeniyetmə qızlardan ibarət milli komandanın tərkibinə daxil ediləcək.
Xatırladaq ki, bu yaxınlarda Avropa və dünya çempionatlarının mükafatçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət komandasının baş məşqçisi təyin edilib. Ölkəmizdə cüdonun inkişafına layiqli töhfəsini verən “Judo Club 2012”də qızlar üçün cüdo dərsləri təmənnasız olaraq keçirilir.

Oxunma sayı: 159 2024-11-01 23:17:39