“Judo Club 2012”nin cüdoçuları qitə birinciliyində yarışacaqlar

0.jpg

          İyunun 27-də Polşanın paytaxtı Varşavada yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək. Yarışda 39 ölkədən 431 (234 oğlan, 197 qız) cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.

          Azərbaycan millisini qitə birinciliyində 18 cüdoçu (10 oğlan, 8 qız) təmsil edəcək. Polşada qüvvəsini sınayacaq yığma komandamızın heyətində “Judo Club 2012”nin təmsilçiləri də yer alıblar.

          İyunun 29-dək davam edəcək Varşava sınağında klubun üzvlərindən Nicat Məmmədli (55 kq) və Hüseyn Məmmədov (+90 kq) qalib adı uğrunda mübarizə aparacaq.

Oxunma sayı: 1365 2019-06-26 14:00:25