“Judo Club 2012”nin karateçisi “Qazaxıstan Open”də gümüş medala sahib çıxdı

1.jpg

          İyunun 14-16-da Qazaxıstanın paytaxtı Astanada karate (WKF) üzrə “Qazaxıstan Open” turniri keçirilib. Turnirdə iştirak edən Azərbaycan yığma komandası 2 qızıl, 2 gümüş və 6 bürünc medala sahib çıxıb. Yığma komandamızın heyətində Qazaxıstana yollanan “Judo Club 2012”nin üzvü Fidan Dadaşova (48 kq) da mükafatçılar sırasında yer alıb. Təmsilçimiz 14-15 yaşlı yeniyetmələrin yarışında gümüş medala layiq görülüb.

          “Qazaxıstan Open” turnirindən sonra karateçilərimiz Macarıstanın paytaxtı Budapeştə yollanıblar. Təmsilçilərimiz burada karate (WKF) üzrə dünya məktəblilərarası “Combat Games 2019” beynəlxalq turnirində mübarizə aparacaqlar.       

          İyunun 20-dək davam edəcək nüfuzlu yarışda “Judo Club 2012”nin üzvlərindən Kənan Babayev (68 kq), Fərid Ağayev (76 kq) və Fidan Dadaşova (48 kq) da qüvvəsini sınayacaq.

Oxunma sayı: 430 2019-06-16 19:45:04