“Judo Club 2012”nin təmsilçiləri Moskvada uğurla çıxış ediblər

10.jpg

       Sentyabrın 22-də Rusiyanın paytaxtı Moskvada Braziliya ciu-citsusu üzrə Moskva Open beynəlxalq turniri keçirilib. Yarışda “Judo Club 2012”nin təmsilçiləri də mübarizə aparıblar. Məşqçi Ceyhun Quluzadənin rəhbərliyi altında klubun 6 idmançısı turnirdə qüvvəsini sınayıb. Komandamız beynəlxalq yarışda uğurla çıxış edib.
       Klubun üzvlərindən Ayaz Süleymanov gi versiyası (kimano) üzrə 94 kq çəki dərəcəsində bürünc, mütləq çəkidə gümüş medal qazanıb. A.Süleymanov no gi versiyası (kimanosuz) üzrə yarışlarda da uğurla çıxış edib. O, bu versiya üzrə həm  94 kq çəkidə, həm də mütləq çəkidə qızıl medala layiq görülüb. Digər idmançımız Mehman Fətəliyev gi versiyası üzrə 94 kq çəkidə qızıl, mütləq çəkidə bürünc medala sahib çıxıb. M.Fətəliyev no gi versiyası üzrə yarışda isə 94 kq çəki dərəcəsində birinci yeri tutub. “Judo Club 2012”nin digər təmsilçisi Vüsal Eynullayev gi versiyası üzrə həm 77 kq çəki dərəcəsində, həm də mütləq çəkidə bürünc medala yiyələnib. Gi versiyası üzrə yarışlarda klubun digər üzvlərindən Zaur Həşimov (88 kq) qızıl, Müşfiq Əlili (88 kq) və Zaman Qəhrəmanov (94 kq) isə bürünc medala sahib çıxıb.   

 

 

 

Oxunma sayı: 104 2019-09-22 21:20:15