"Judo Club 2012"nin üzvləri Zaqrebdə

11.jpg

 

     Aprelin 25-də Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə böyüklər arasında Avropa çempionatına start verilib.
2024-cü ilin əsas idman hadisələrindən biri olan qitə çempionatı Avropa Cüdo İttifaqının 75 illiyi münasibətilə nəzərdə tutulan tədbirlər proqramı çərçivəsində keçirilir. 
Yarışın ilk günü EJU (Avropa Cüdo İttifaqının) uşaq düşərgəsinin açılışı ilə başlayıb. 1100 ölkədən 30-dan çox uşaq öyrənmək və biliklərini bölüşmək üçün üç gün ərzində bir araya gəlib. Onların arasında hazırda uğurlarına görə təkcə ölkəmizdə deyil, digər ölkələrdə də şöhrət qazanmış "Judo Club 2012" klubunun nümayəndələri də var. Belə ki, "Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov məşqçi Rafiq Nəcəfovun rəhbərliyi altında klubun beş cüdoçusunun düşərgədə iştirakına şərait yaradıb. Klubun idmançıları bu gün dünya nəhənglərinin çıxışlarını yaxından izləməklə yanaşı, həmçinin öz təcrübələrini də artırırlar. Bu düşərgə onların gələcək karyeralarında uğurlar qazanmaq üçün önəmli rol oynayacaq. 
Zaqrebde keçirilən bugünki tədbirlərdə Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Totun şəxsi dəvəti ilə “Cüdo Klub-2012” İctimai Birliyinin sədri  Azər Əsgərov da iştirak edib. 
Azər Əgərov Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyini qeyd edən ölkəmizin cüdoçularının şərəfli yol keçdiklərini və indi də bugünkü gənclər üçün bu yolu davam etdirdiklərini vurğulayıb. Cüdo ustası yığma komandamızın üzvlərinin Zaqrebdə parlaq nəticələr qazanacağına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, aprelin 25-də start götürən Avropa çempionatında 47 ölkədən 427 (240 kişi, 187 qadın) cüdoçu qüvvəsini sınayır.
Yarışda 13 (9 kişi, 4 qadın) idmançı ilə təmsil olunan yığma komandamızın heyətində "Judo Club 2012"nin iki üzvü - Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) də yer alıb. 
Avropa çempionatının fərdi yarışlarına aprelin 27-də yekun vurulacaq. Növbəti gün isə cüdoçular qarışıq komanda yarışlarında mübarizə aparacaqlar.

Oxunma sayı: 428 2024-04-25 19:51:35