“Judo Club 2012”nin üzvü Avropa Kubokunda Azərbaycan bayrağını ucaltdı

1.jpg

 

     Bu gün Gürcüstanın Qori şəhərində start götürən cüdo üzrə böyüklər arasımda Avropa Kubokunun ilk yarış günü Azərbaycan komandası üçün uğurla yadda qalıb. Komandamızın üzvləri turnirə bir dəst medalla başlayıblar. Millimizə yeganə qızıl medalı “Judo Club 2012”nin üzvü Nazir Talıbov (-66 kq) qazandırıb. Mübarizəyə 1/8 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Gigi Otiaşvili (Gürcüstan), Azamat Kobleyev (BCF) və Kanat Seylxana (Qazaxıstan) qalib gələrək finala vəsiqə əldə edib. Həlledici görüşdə digər gürcü rəqibi İpolite Akubardiadan da üstün olan Nazir Talıbov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Komandamızın heyətində çıxış edən millimizin digər cüdoçularından Babarəhim Mirzəyev (-60 kq) gümüş, Nəriman Mirzəyev (-73 kq) isə bürünc medala sahib çıxıb. Azərbaycan komandası bu nəticə ilə hazırda ümumi komanda hesabında üçüncü pillədə qərarlaşıb.   
Qeyd edək ki, yarışda 15 ölkədən 199 (146 kişi, 53 qadın) idmançı mübarizə aparır. Azərbaycan cüdoçuları turnirdə 6 çəki dərəcəsində 19 idmançı ilə təmsil olunurlar.

Oxunma sayı: 218 2025-05-10 22:34:57