"Judo Club 2012"nin üzvü fəxri kürsüdə yer aldı

0.jpg

 

     "Judo Club 2012"nin üzvü Hüseyn Allahyarov ACF turunun ikinci turnirinin qalibi olub. 

O, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda -60 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında keçirilən yarışda 26 klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 63 cüdoçu 7 çəki dərəcəsində qüvvəsini sınayıb. 

Turnirin keçirilməsində əsas məqsəd kişi cüdoçular arasında rəqabət səviyyəsinin və yarış təcrübəsinin  artırılmasına nail olmaq, eyni zamanda, istedadlı idmançıların aşkar edilərək milli komandaya cəlb edilməsindən ibarət olub.

Oxunma sayı: 318 2024-05-30 12:28:39