“Judo Club 2012”nin üzvü Olimpiya reytinqinə başçılıq edir

0.png

 

     Cüdo üzrə yığma komandanın və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev -100 kq çəki dərəcəsində Olimpiya reytinq siyahısında birinci pilləyə yüksəlib. Dünya və Avropa çempionatının bürünc mükafatçısı buna İsrailin Təl-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirində qazandığı qızıl medal sayəsində nail olub.

Bu yaxınlarda Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytında dərc olunan məqalədə cüdoçumuzun uğurlu çıxışı barədə də məlumatlar yer alıb. Məqalədə bildirilib ki, Z.Kotsoyev turnirin finalında buna qədər reytinqə başçılıq edən niderlandlı Mixael Korrelə qalib gələrək qızıl medala layiq görülüb. İdmançımızın aktivində hazırda 2250 reytinq xalı var.

Məqalədə həmçinin Z.Kotsoyevin dünya cüdo turunda stabil və davamlı nəticə əldə etməsindən də bəhs olunub. Bildirilib ki, o, ardıcıl olaraq böyüklər arasında Daşkənddə keçirilən dünya çempionatında, İsraildə təşkil olunan “Masters” turnirində və Parisdəki “Böyük dəbilqə” turnirində bürünc medala sahib çıxıb.

 

Oxunma sayı: 453 2023-02-22 23:12:27