“Judo Club 2012”nin üzvü qarışıq döyüş növü üzrə Avropa çempionu oldu

1.jpg

“Judo Club 2012” idman klubunun üzvü Cavid Mahmudlu Ukraynanın Xarkov şəhərində qarışıq döyüş növü üzrə Avropa birinciliyində qalib gələrək çempion adını qazanıb.

Yarım orta çəki dərəcəsində mübarizə aparan həmvətənimiz səkkizkünclü rinqi qələbə ilə tərk edib.

C.Mahmudlu bu versiya üzrə yarışlarda iştirak etməyə yeni başlayıb. O, bundan əvvəl Ukraynanın Lutsk şəhərində keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirdə iştirak edib.

Oxunma sayı: 1003 2017-04-25 01:43:36