Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirinə start verilib.
Yarışların ilk günündə Azərbaycan komandası aktivinə bir bürünc medal yazdırıb. Yeganə medalı komandamıza "Judo Club 2012"nin üzvü Hüseyn Allahyarova qazandırıb.
-60 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız üçüncü yer uğrunda görüşdə İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.
Qeyd edək ki, 48 ölkədən 370 (210 kişi, 160 qadın) cüdoçunun iştirak etdiyi yarışda millimiz 15 (12 kişi, 3 qadın) idmançı ilə təmsil olunur.