“Judo Club 2012”nin yeniyetmə cüdoçuları dünya birinciliyində müabrizə aparacaqlar

1.jpg

       Sentyabrın 25-də Qazaxıstanın Almatı şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya birinciliyi start götürəcək. 61 ölkədən 463 (256 oğlan, 207 qız) cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Ölkəmizi yarışda 18 (10 oğlan, 8 qız) cüdoçu təmsil edəcək. Komandamızın heyətində “Judo Club 2012”nin yeniyetmə cüdoçuları Nicat Məmmədli (-55 kq) və Hüseyn Məmmədov (+90 kq) da yer alıblar. Nicat Məmmədli fərdi yarışların ilk günündə mübarizə aparacaq. Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının qalibi Hüseyn Məmmədov isə fərdi yarışların sonuncu günündə tatami üzərinə çıxacaq. Fərdi mübarizələrdən sonra sentyabrın 29-da komanda yarışları keçiriləcək.

       Məlumat üçün qeyd edək ki, Nicat Məmmədli və Hüseyn Məmmədov iyun ayında Polşada təşkil olunan Avropa birinciliyində bürünc medallara sahib çıxmışdılar.

 

 

 

 

Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.  

Link: https://live.ijf.org/wc_cad2019/overview

 

Oxunma sayı: 138 2019-09-24 19:43:20