“Judo Club 2012”nin yeniyetmə cudoçuları liqa yarışında fərqlənirdilər

5.jpg

 

     Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turuna yekun vurulub.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində təşkil olunan yarışda “Judo Club 2012”nin yetirmələri 2 gümüş və 5 bürünc medal qazanıblar. 
Gümüş medalları klubun aktivinə Aysu Bəşirova (+78 kq) və Ömər Atayev (-81 kq) yazdırıb. 
Pəri Məmmədli (-63 kq), Hüseynəli Zeynallı, Devid Mahmudov (hər ikisi -50 kq), Hüseyn Səfərov (-81 kq) və Tahir Əfəndiyev (+90 kq) isə üçüncü yerlə kifayətləniblər.
Qeyd edək ki, yarışda 94 klub və idman cəmiyyətindən ümumilikdə 816 idmançı (651 oğlan, 165 qız) 16 çəki dərəcəsində mübarizə aparıb.

Oxunma sayı: 86 2025-06-21 17:45:39